Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər

Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər ABŞ-da təcili sığınacaqlara göndərilən miqrant uşaqlar saxlanılma şəraitindən şikayətlənərək məhkəməyə müraciət ediblər. Problemlər əsasən xarab yeməklər, təmiz paltar çatışmazlığı və depressiyaya qarşı mübarizə ilə bağlıdır.
İddialarda ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən miqrant uşaq sayının kəskin artması ilə mübarizə aparmaq üçün tikilən təcili sığınacaq şəbəkəsində şərtlər ətraflı izah olunub
Qvatemala, Honduras və El-Salvadordan olan 9-17 yaş arası uşaqlar ABŞ hökuməti tərəfindən nəzarət edilən təcili sığınacaqlarda aylardır gözləmək məcburiyyətində qaldıqlarını iddia ediblər.
Eyni zamanda, yaşayış şərtlərindən, xüsusən yatmağa mane olan parlaq işıq, səs-küy, yerli yeməklər, onların qoxusu və ailə üzvləri ilə əlaqə yaratmaq imkanının olmamasından narazılıqlarını bildiriblər.
Son illərdə uşaqlar sərhəd keşik məntəqələrinlən təcili sığınacaqlara daha sürətli köçürürlər. Hazırda valideyninin müşayiəti olmayan 14 000-dən çox uşaq ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzarətindədir.
Qeyd edək ki, ABŞ qaçqın qəbulu limitini artırıb. Cari maliyyə ilində ölkə 62,5 min miqrant qəbul edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər