Aralıq dənizində 3 gün ərzində 4 mindən artıq miqrant xilas edilib

Aralıq dənizində 3 gün ərzində 4 mindən artıq miqrant xilas edilib Aralıq dənizində 3 gün ərzində 4 mindən artıq miqrant xilas edilib.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizəsi məlumat yayıb.
Məlumata əsasən, cümə axşamı keçirilən xilasetmə əməliyyatlarında 2300 miqrant, cümə günü isə 2121 miqrant xilas edilib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.
İtaliya Daxili İşlər Nazirliyinin son məlumatına əsasən, yanvar ayının əvvəlindən İtaliyaya 45 min miqrant keçib. Bu göstərici keçən ilin göstəricisindən 44 faiz çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər