İstanbulda azərbaycanlı güllələndi - Video

İstanbulda azərbaycanlı güllələndi - Video Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.
Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.
Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.
Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.
Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.



Tehsil-press.az

Oxşar xəbərlər