Gürcüstanda karantin və maska cərimələri silinir

Gürcüstanda karantin və maska cərimələri silinir Gürcüstanda karantin və maska ​​rejiminin pozulmasına görə bütün cərimələr silinir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cərimələrlə bağlı amnistiya elan edib.
“Bu gün pandemiya zamanı qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi parlamentə təqdim edildi”,- deyə Qaribaşvili bildirib.
Gürcüstan hökumət başçısının sözlərinə görə, bu təşəbbüs çərçivəsində 245 min vətəndaş və 344 hüquqi şəxs həm inzibati, həm də cinayət məsuliyyətindən azad olunacaq. Bununla 76 milyon lari ödənilməmiş cərimələrin də ləğvi nəzərdə tutulub.
“Bu qərarı, əlbəttə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq verdik. Yaxşı başa düşürük ki, virusun idarəolunması zamanı qaydalara riayət etmək lazımdır, eyni zamanda vətəndaşlarımızın iqtisadi vəziyyətini də normallaşdırmaq vacibdir. Bu təşəbbüs məhz buna görədir, - deyə İ. Qaribaşvili əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Gürcüstanda açıq havada maska taxma tələbi ləğv edilib, 1 iyuldan etibarən isə ölkədə komendant saatının ləğv olunması nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər