Bu ölkədə komendant saatı ləğv edildi

Bu ölkədə komendant saatı ləğv edildi Tunis Prezidenti Qeys Səid COVID-19-la mübarizə çərçivəsində ölkədə tətbiq edilən komendant saatının ləğv edilməsi barədə qərar verib.
“Prezident Qeys Səid bazar ertəsi, iyunun 8-də respublika ərazisində komendant saatının ləğv edilməsi haqqında qərar qəbul edib”, - məlumatda deyilir. Qərar ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinin “müsbət nəticələri” ilə bağlı parlament və hökumət başçıları ilə məsləhətləşmələrdən sonra qəbul edilib.
Qeyd edək ki, iyunun 4-dən etibarən ölkədə vətəndaşların əyalətlər arasında hərəkət etməsinə icazə verilir.

Tehsil-press.az

Oxşar xəbərlər