Gürcüstanda koronavirusun dördüncü dalğası başlayır

Gürcüstanda koronavirusun dördüncü dalğası başlayır Gürcüstanda koronavirusun “delta” ştamına yoluxanların sayı 72-yə çatıb.
Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə məlumat verib.
Onun sözlərinə görə, uşaqlar arasında “delta” ştamına yoluxma hallarının artacağı ilə bağlı risklər var.
Nazir müavini son iki həftə ərzində ölkədə epidemioloji vəziyyətin pisləşdiyini qeyd edib.
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze isə deyib ki, hazırda Gürcüstan çətin vəziyyətlə üz-üzədir, çox güman ki, ölkə pandemiyanın dördüncü dalğasına daxil olur.
Onun sözlərinə görə, Milli Mərkəz Koordinasiya Şurasına vaksinasiyanın intensivləşdirilməsi, testlənmənin daha da genişləndirilməsi və mövcud qayda və məhdudiyətlərə tam əməl edilməsi ilə bağlı tövsiyələr təqdim edib.
A.Qamkrelidze, həmçinin konfrans və toplantılarda vaksinin hər iki dozasını vurdurmuş və ya son 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edən şəxslərin iştirakına icazə verilməsini təklif edib.

Tehsil-press.az


Oxşar xəbərlər