Gürcüstanda vaksinasiya başlayır

Gürcüstanda vaksinasiya başlayır Gürcüstanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya proqramına hazırlıq davam edir. Fevral ayının sonuna kimi peyvənd proqramına başlamaq mümkün olacaq.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Tamar Qabuniyanın sözlərinə görə, Gürcüstan “Kovaks” platformasından 400 000 doz vaksin almalıdır, qalan 2,5 milyon doz isə “digər mexanizmlər” vasitəsilə alınacaq.
Nazir müavini bildirib ki, “digər mexanizmlər” ifadəsi altında Aİ ölkələri ilə danışıqlar, həmçinin vaksin istehsalçıları ilə birbaşa danışıqlar nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər