Azərbaycanda bu gün koronavirus infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib.