Təhsil naziri: Hər il olimpiadalarda 30 mindən artıq məktəbli iştirak edir

Təhsil naziri: Hər il olimpiadalarda 30 mindən artıq məktəbli iştirak edir Hər il olimpiadalarda 30 mindən artıq şagird iştirak edir. Bu isə olimpiadaların ölkənin bütün bölgələrini, hər bir məktəbi əhatə etdiyini göstərir.
Bunu təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, məktəblilərimiz respublika səviyyəli olimpiadalarla yanaşı, beynəlxalq olimpiadalarda da uğurla çıxış edirlər.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər