Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının nəticələri açıqlanıb Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb.
Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytında əldə etmək mümkündür. Olimpiadada ümumilikdə 276 nəfər qalib elan olunub - 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc medala layiq görülüb.
Olimpiada qaliblərinin mükafatlandırılması mərasimi mayın 15-də keçiriləcək.
Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, səkkiz fənn üzrə 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də 9-cu siniflərlə yanaşı, bilik və bacarığını nümayiş etdirənlər olub.
Olimpiadaların təşkil olunmasının məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.
Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə keçirilir.
Fənn olimpiadalarının final mərhələsinin nəticələri Təhsil Nazirliyinin saytında verilib.

Tehsil-press.az

Oxşar xəbərlər