Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir

Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir.
Martın 10-da olimpiadanın Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.
Xatırladaq ki, martın 8-də respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu ADA, Bakı Mühəndislik universitetləri, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edib. Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər