Təbii fəlakət Avstriyanı da cənginə aldı

Təbii fəlakət Avstriyanı da cənginə aldı “Bernd” siklonu Avstriyanı da vurub.
Güclü leysan yağışları səbəbindən Kotbax çayı öz məcrasından çıxıb. Nəticədə, ölkənin bir neçə bölgəsi qısa zaman ərzində suyun altında qalıb.
Daşqınlar Zalsburq federal torpağında bir nəfərin həyatına son qoyub. Belə ki, bir şəxs Zalax çayına düşüb və axın onu aparıb. Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılsa da, həmin şəxs artıq ölü olaraq tapılıb.
Qeyd edək ki, “Bernd” siklonu nəticəsində Almaniya, Belçika, həmçinin Hollandiyada daşqınlar əmələ gəlib. Bu, son 20 ildə Avropada baş verən ən irimiqyaslı daşqın hadisəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər