Çində 48 min nəfər təxliyə olundu - Leysana görə

Çində 48 min nəfər təxliyə olundu - Leysana görə Çin hökuməti təxminən 48 min sakinin təxliyə edilməsi barədə qərar qəbul edib.
Buna səbəb Quansi-Çjuan vilayətində artıq bir neçə gündür yağan aramsız leysan yağışları olub.
30 mahal və 9 şəhərdə daşqınlar baş verdiyi bildirlir.
Məlumata görə, fəlakət zonasında 354 mindən çox insan var. Yalnız 48 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülə bilib.
Leysan yağışları əkin sahələrinə də ciddi ziyan vurub, 600-dən çox ev isə qəzalı vəziyyətə düşüb.

Tehsil-press.az

Oxşar xəbərlər