ABŞ-dan Azərbaycanla Ermənistana çağırış

ABŞ-dan Azərbaycanla Ermənistana çağırış ABŞ sərhəddə vəziyyətin deskalasiyası üçün Azərbaycan və Ermənistanı dərhal tədbirlər görməyə çağırır.
Bu fikirlər ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bəyanatında yer alıb.
“ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə zorakılığın artması halını qınayır. Hər iki ölkəni vəziyyətin deskalasiyası üçün dərhal tədbirlər görməklə atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə Ned Prays bildirib.
Onun sözlərinə görə, sərhəddə davam edən gərginliklər göstərir ki, bütün həll olunmayan məsələlərə aid olan hərtərəfli həll yolu hər iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinə birlikdə dinc şəkildə yaşamağa imkan verə bilər.
“ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır”, - deyə N. Prays sözlərinə əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər