Elmar Məmmədyarov: Ermənistan münaqişənin həlli üzrə aparılan danışıqları pozur

Elmar Məmmədyarov: Ermənistan münaqişənin həlli üzrə aparılan danışıqları pozur Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır.

Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin son müsahibəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəkdir: "Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.

Tehsil-press.az

Oxşar xəbərlər