Evdə keçirilən toya çox adam çağırdılar, cərimələndilər

Evdə keçirilən toya çox adam çağırdılar, cərimələndilər Ucarda karantin rejimi qaydaları ilə bağlı tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər