Yaponiyaya doğru iki tropik qasırğa yaxınlaşır

Yaponiyaya doğru iki tropik qasırğa yaxınlaşır “Mirine” və “Liput” tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.
Səhər saatlarında “Mirine” qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. “Liput” qasırğasının isə həmin gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.
Bildirilir ki, Kanto regionuna yaxınlaşan “Mirine” qasırğası buraya güclü yağışlar, ildırım çaxması və külək gətirib. Saatda 25 kilometr sürətlə hərəkət edən qasırğanın mərkəzində küləyin sürətinin saatda 126 kilometrə çatdığı qeyd edilir. Onun şimal-şərq istiqamətində hərəkətini davam etdirəcəyi proqnozlaşdırılır.
Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.
Həmin gün axşam Kyüşü adasına çatacaq “Liput” qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər