Ombudsmandan Ermənistana - Çağırış

Ombudsmandan Ermənistana - Çağırış Ombudsman Aparatı Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən əməllərdən çəkinməyə çağırıb.
Bildirilib ki, uzun illərdən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımız azad olunub:
“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni kommunikasiya xətlərinin inşasının nəzərdə tutulmasına və bununla əlaqədar Zəngəzur dəhlizinin açılması zərurətinin yaranmasına baxmayaraq, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bu isə regionda sülhün təmin olunmasına təhlükədir.
Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən bu cür əməllərdən çəkinməyə, dövlətlərarası qonşuluq münasibətlərinin konstruktiv şəkildə qurulmasına xidmət edən tolerant mövqe nümayiş etdirməyə, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə son qoymağa çağırırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər