UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır

UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
Sənəd qəbulu ilə bağlı sualı olanlar üçün onlayn məsləhətlər də təşkil olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.
Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərdən bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Tehsil-press.az




Oxşar xəbərlər