Azərbaycan Memarlıq və İnşaat Universitetində təkrar ali təhsil (2-ci ali təhsil) almaq üçün sənəd qəbulu sabah başa çatır.
Əlavə ixtisas təhsili əyani və qiyabi formalarda həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
Sənəd qəbulu avqustun 31-dək yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə aparılır.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- ali təhsili haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə);
- əmək kitabçasından çıxarış;
- iş yerindən xahişnamə-xasiyyətnamə;
- 4 ədəd 3x4 fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);
- sağlamlıq haqqında arayış.
Özəl və ya xarici ali məktəbləri bitirmiş məzunlar diplomlarının tanınması barədə sənəd təqdim etməlidirlər.
Əlavə ixtisas alanların təhsil xərclərinin məbləği müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişdən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır.
Tehsil-press.az