Bakı Ali Neft Məktəbi təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir

Bakı Ali Neft Məktəbi təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir Bakı Ali Neft Məktəbi (BANM) 2020/2021-ci tədris ilində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün qiyabi şöbəyə sənəd qəbulu elan edir.
Tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə
- göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir)
- əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərti ilə)
- ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri
- sağlamlıq haqqında arayış
- şəxsiyyəti təsdiq edən sənəd
- 3/4 sm ölçüdə 4 ədəd fotoşəkil
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlərin qəbulu sentyabrın 20-nə kimi saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) BANM-in Xətai korpusunda (Xocalı prospekti - 30, otaq 301) aparılacaq.
Maraqlananlar əlavə məlumatı 521 31 09 (Tədris-metodiki şöbə) əlaqə nömrəsi və [email protected] email ünvanından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər