Rusiyanın Vorkuva şəhər məktəbinin şagirdi Nikanor Tolstıx Vladivastokda “Okean” Uşaq Mərkəzində keçirilən “Bilik” marafonu zamanı Prezident Vladimir Putinin səhvini düzəldib.
Açıq dərs zamanı Putin tarix mövzusunun müzakirəsi zamanı I Pyotrun İsveçlə müharibəsini Yeddi illik müharibə adlandırıb. Bu zaman Nikonar onun səhvini düzəldərək müharibənin 1700-1721-ci illərdə baş verdiyini və Şimal müharibəsi adlandığını qeyd edib. Putin cavabında gülümsəyərək Nikonara təşəkkür edib.
Şagirdin bu davranışı məktəb direktoru tərəfindən bəyənilməyib və o, Yuliya Ryabtseva tərəfindən danlanıb. "Yəqin ki, bu, Nikanorun cəmiyyətdə mövqe tutan insanlarla hələ də ünsiyyətin olmaması və ona məxsus olan sağlam ambisiyaların birləşməsidir”, - deyə o bildirib.
Ryabtsevanın sözlərinə görə, bu cür davranış Nikonarın yaşından irəli gələn təkkəbbürün nəticəsidir.
Tehsil-press.az