Putin 12 il sonra Davosda çıxış edəcək

Putin 12 il sonra Davosda çıxış edəcək Rusiya Prezidenti Vladimir Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.
Bu barədə “RİA Novosti”yə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putinin çıxışı açıq formada olacaq. Müzakirələrə gəlincə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin sonuncu dəfə Davos Dünya İqtisadi Forumunda 2009-cu ildə çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər