ABŞ-la Ukrayna ticarət sahəsində əməkdaşlığa dair memorandum imzaladı

ABŞ-la Ukrayna ticarət sahəsində əməkdaşlığa dair memorandum imzaladı ABŞ ticarət naziri Cina Raymondo və Ukrayna Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lübçenko Vaşinqtonda ticarət sahəsində yenilənmiş əməkdaşlıq üçün sahələrin ayrıldığı anlaşma memorandumu imzalayıblar.
Bu barədə ABŞ Ticarət Nazirliyinin press-relizində deyilir.
“Memorandum, həmçinin Ukraynanın ölkədə işgüzar və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş səylərinin ABŞ tərəfindən dəstəkləndiyini qeyd edir ki, bu da ABŞ-Ukrayna ticarət əlaqələrinin genişlənməsinə kömək edə bilər. Konkret tədbirlər sırasına Ukraynanın korrupsiya ilə mübarizəsinin gücləndirilməsi, məhkəmə sisteminin effektivliyinin və müstəqilliyinin artırılması, əqli mülkiyyət hüququnun müdafiəsinin gücləndirilməsi və korporativ idarəetmə islahatlarının həyata keçirilməsi daxildir”, - məlumatda deyilir.
Ticarət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sənəd iki ölkənin ticarət üçün perspektivli sektorlarda Ukraynanın iqtisadi transformasiyası məsələsində əməkdaşlığını nəzərdə tutur ki, onların da arasında infrastruktur, kənd təsərrüfatı, müdafiə, səhiyyə və rəqəmsal iqtisadiyyat, eləcə də energetika ilə bağlı sahələr var.
Raymondonun qeyd etdiyi kimi, lazımi şərait olduqda ABŞ və Ukrayna arasında ticarət sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün daha böyük potensial və imkanlar mövcuddur.
“Bu anlaşma memorandumunun imzalanması münasibətlərimizin inkişafı istiqamətlərini müəyyənləşdirməyə kömək edir”, - deyə ABŞ Ticarət Nazirliyinin rəhbəri əminlik ifadə edib.
Qeyd edək ki, Lübçenko bu günlərdə Vaşinqtonda səfərdə olan Prezident Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin tərkibinə daxildir. Çərşənbə günü Ağ Evdə Zelenski və ABŞ Prezidenti Co Baydenin danışıqları olub. Ağ Evin məlumatına görə, görüş iki saatdan çox davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər