Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlara digər ticarət mərkəzlərində müvəqqəti yerlər veriləcək.
Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlarla görüş zamanı deyib.
Nazir müavininin sözlərinə görə, “Diqlas” ticarət mərkəzi bərpa olunanadək ilkin yardım bundan ibarət olacaq.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin nümayəndələri “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlarla görüş keçirir.
Görüşdə nazir müavini Niyazi Səfərov, nazirliyin Aparat rəhbəri Orxan Novruzov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və nazirliyin nəzdində olan digər strukturların nümayəndələri iştirak edirlər.
Tehsil-press.az