Zelenskinin mətbuat katibi bu fotosuna görə tənqid olundu

Zelenskinin mətbuat katibi bu fotosuna görə tənqid olundu Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ-da səfərdə olan mətbuat katibi Sergey Nikiforov Ağ Evin fonunda çəkdirdiyi şəklə görə tənqid edilib.
Nikiforov İnstaqram səhifəsində Corc Vaşinqtonun heykəlini əli ilə tutmuş və dil çıxarmış şəkildə çəkilmiş fotosunu yerləşdirib. Zelenskinin mətbuat katibinin bu zarafatı izləyicilərin sərt reaksiyasına səbəb olub. Onlar “Təkcə biabırçılıq yox, həm də dövlətçiliyə qarşı cinayətdir”, “Ölkəni biabır etməyi dayandırın”, “Sən rəsmi şəxssən, ölkəni alçaltma”, “Oğlan Seryoja 35 yaşında” şərhlərini yazıblar.
Qeyd edək ki, Nikiforov bu ilin 9 iyulundan Ukrayna Prezidentinin mətbuat katibi vəzifəsini yerinə yetirir.

Tehsil-press.az

Oxşar xəbərlər