Misirdə dəhşətli qəza - Səkkiz ölü, 38 yaralı

Misirdə dəhşətli qəza - Səkkiz ölü, 38 yaralı Misirin Şarm Əl-Şeyx kurort şəhərindən paytaxt Qahirəyə hərəkət edən avtobusun aşması nəticəsində azı səkkiz sərnişinin həlak olduğu, 38 nəfərin isə yaralandığı bildirilir.
Ağır yol qəzası barədə xəbəri “Əl Əhram” qəzeti yayıb.
Bildirilib ki, bazar günü daxili turistləri Şarm Əl-Şeyxdən paytaxta aparan avtobus Qahirə-Süveyş magistral yolunda qəzaya uğrayıb.
Hadisə yerinə 30 təcili tibbi yardım briqadası göndərilib. Yaralılar Süveyş Mərkəzi Xəstəxanasına çatdırılıb.
Süveyş vilayətinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb.

Tehsil-press.az

Oxşar xəbərlər