Əfqanıstanda şəriət qanunları hakim olacaq

Əfqanıstanda şəriət qanunları hakim olacaq Əfqanıstanda şəriət qanunları qüvvədə olacaq.
Bunu “Taliban” hərəkatının lideri Haybatulla Axundzadə deyib.
O bildirib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi müqəddəs İslam qanunları ilə tənzimlənəcək:
“Biz öz qonşularımızla və digər ölkələrlə hörmətə və qarşılıqlı fəaliyyətə əsaslanan möhkəm, sağlam münasibətlər qurmaq istəyirik. Bizim bu ölkələrlə əlaqələrimiz Əfqanıstanın maraqlarına və mənfəətinə əsaslanacaq. İslam qanunlarına və milli dəyərlərə zidd olmayan bütün beynəlxalq qanunlara, sazişlərə, qətnamə və öhdəliklərə sadiqik”.
Axundzadə əlavə edib ki, “İslam əmirliyi” müqəddəs İslam dininin tələbləri çərçivəsində insanların və milli azlıqların hüquqlarının müdafiəsi üzrə ciddi və təsirli addımlar atacaq.

Tehsil-press.az

Oxşar xəbərlər