Taliban brifinq keçirdi, əsas azadlıqlar açıqlandı

Taliban brifinq keçirdi, əsas azadlıqlar açıqlandı Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban mətbuat konfransı təşkil edib.
Kabildə keçmiş hökumətin media mərkəzindəki brifinq “Quran” qiraəti ilə başlayıb.
Taliban sözçüsü Zabihullah Mücahid “zəfər üçün xalqı təbrik etdiyini” açıqlayıb:
“İslam Əmirliyi heç kimə kin bəsləmir. Heç bir daxili və ya xarici düşmən istəmirik. Əfqanıstanın artıq bir müharibə meydanı olmamasını təmin etmək istəyirik.
Bizə qarşı mübarizə aparan hər kəsi bağışladıq. Düşmənliklər sona çatmalıdır. ABŞ və ya beynəlxalq ictimaiyyətdən heç kimə zərər verilməyəcək”.
O bildirib ki, Kabildə xaos istəmirlər:
“Planımız keçid dövrünün yumşaq bir şəkildə tamamlanması üçün Kabildən kənarda durmaq idi. Ancaq təəssüf ki, əvvəlki hökumət elə bacarıqsız idi ki, təhlükəsizlik qüvvələri təhlükəsizliyi təmin etmək üçün heç bir şey edə bilmədi.
Biz bir şey eləməli idik. Xalqın təhlükəsizliyini təmin etmək üçün Kabilə girməyimiz zəruri idi”.
Mücahid qadın haqlarından da söz açıb:
“İslam Əmirliyi qadınların hüquqlarına şəriət çərçivəsində bağlıdır. Bizim qadınlarımız müsəlmandır. Onlar da şəriət çərçivəsində yaşamaqdan xoşbəxtlik duyacaqlar.
Qadınlarımızın hüquqları var və bu hüquqlardan yararlana biləcəklər. Təhsil, səhiyyə və digər sahələrə qatılmağa haqları var”.
Taliban sözçüsü mediadan tələbləri də bəyan edib:
“Media öz mədəni çərçivələrinə bağlıdır. Azad olmağa davam edə bilər. İslam ölkəmizdə ən önəmli dəyərdir. Heç bir şey islami dəyərlərə zidd olmamalıdır”.

Tehsil-press.az


Oxşar xəbərlər