Bakı Dövlət Universitetinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi davam edir

Bakı Dövlət Universitetinin qəbul planında boş qalan yerlərə ixtisas seçimi davam edir Bakı Dövlət Universitetinin (BDU) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 112 yer boş qalıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
BDU-da geologiya, geologiya və geofizika mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, fizika müəllimliyi, informatika müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, (aşağıdakı ixtisasa müsabiqə rus bölməsi ilə birgə aparılır) geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.
Boş qalan yerlər BDU-nun Qazax filialını da əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər