Azərbaycan Texniki Universitetinin qəbul planında I ixtisas qrupu üzrə 257 yer boş qalıb

Azərbaycan Texniki Universitetinin qəbul planında I ixtisas qrupu üzrə 257 yer boş qalıb Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 257 yer boş qalıb.
Bununla bağlı məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
AzTU-nun aerokosmik mühəndislik, hərbi kompozisiya materialları, optotexnika, cihaz, energetika, həyat fəaliyyətinin təhlükəsizliyi, kimya, materiallar, mədən, metallurgiya, mexanika, mexatronika və robototexnika, nəqliyyat, proseslərin avtomatlaşdırılması mühəndisliyi və mühəndis fizikası ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
“Abituriyent” jurnalının 7-ci nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər