Şahzadə Filipin vəsiyyətnaməsi 90 il gizli qalacaq

Şahzadə Filipin vəsiyyətnaməsi 90 il gizli qalacaq Böyük Britaniyada Ali Məhkəmə kraliça II Elizabetin əri Şahzadə Filipin vəsiyyətnaməsinin monarxiyanın heysiyyətini qorumaq üçün ən azı 90 il gizli qalmasına qərar verib.
Qərara əsasən, şahzadənin vəsiyyəti möhürlənməli, heç bir surəti qeydə alınmamalı və məhkəmədə saxlanılmamalıdır.
Bundan başqa, şahzadənin mirasının dəyərinin nə qədər olduğu vəsiyyətnamə təsdiqində də yer almayacaq.
Qeyd edək ki, Şahzadə Filip 99 yaşında vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər