Böyük Britaniyada krallığın varisi Şahzadə Uels Çarlz Şahzadə oğlu Sasseks Harri ilə danışmağı dayandırıb. Buna səbəb oğlunun həyat yoldaşı Meqan Markl ilə birlikdə kral ailəsinin yüksək səviyyəli üzvləri statusundan imtina etməsi olub.
Bunu şahzadə Harri CBS-də yayımlanan müsahibəsində bildirib. O, qeyd edib ki, sarayda başa düşülmürlər və dəstəklənmirlər.
Harri onu da bildirib ki, niyyətini açıq şəkildə elan etməzdən əvvəl Kraliça II Yelizaveta və Şahzadə Çarlz ilə bunu müzakirə etmək istəyib:
“Kanadada olduğumuz zaman, bu barədə nənəmlə üç, atamla iki danışığım olub. Atam əvvəl zənglərimə cavab vermədi və hamısını yazılı şəkildə yazmağımı istədi”.
Şahzadə Harri ayrıca kral ailəsinin yüksək səviyyəli üzvləri statusundan imtina etməsi qərarını "anlayışsızlıq və dəstək olmaması" səbəbindən verildiyini izah edib.
Qeyd edək ki, onun həyat yoldaşı CBS-yə müsahibəsi zamanı hamiləlik dövründə ruhi sağlamlığı ilə əlaqədar narahatlıqlarına görə kral ailəsindən “kömək dilədiyini” vurğulayıb. Ancaq ona kömək edilmədiyini söyləyib.
Tehsil-press.az