Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - Video

Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - Video Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün Türkiyədə İstanbul boğazı üzərində uçuş həyata keçirəcəklər.
Bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi öz tvitter hesabında paylaşıb.
"Bu gün saat 11:00-11:30 arası Türkiyə Hava Qüvvələrinə məxsus təyyarələr Azərbaycan Hava Qüvvələrinə aid MiG-29 təyyarələri ilə İstanbul Boğazı üzərində salamlama uçuşu həyata keçirəcəklər", - deyə məlumatda qeyd olunub.
***
Azərbaycan və Türkiyə Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirib.
Uçuşlar Aviasiya, Kosmik və Texnologiya Festivalı (TEKNOFEST) çərçivəsində keçirilib. Qeyd edək ki, "TEKNOFEST-2021" festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.

Tehsil-press.az



Oxşar xəbərlər