Kanadada 40-dək şaxtaçı yer altında qalıb

Kanadada 40-dək şaxtaçı yer altında qalıb Kanadanın Sadberi şəhəri yaxınlığında azı 39 nəfər yeraltı mədəndə qalıb.
Şaxtaçıların neçə müddətdir yer altında olduqları məlum deyil. Məlumata görə “Totten Mine” adlı şaxtada 200-dək işçi çalışır.
Bildirilir ki, şaxtaçılar yer altına endikdən bir neçə sata sonra mədəndə uçqun baş verib. Hadisə yerində xilasedicilər işləyir.

Tehsil-press.az



Oxşar xəbərlər