Çində otelin çökməsi nəticəsində ölənlərin sayı artıb

Çində otelin çökməsi nəticəsində ölənlərin sayı artıb Çinin şərqindəki Fujian əyalətində otelin çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 12 nəfər dağıntılar altında qalıb.
Bu barədə axtarış və xilasetmə əməliyyatının təşkili ilə bağlı işçi qrupun məlumatlarına istinadən “Penpay” informasiya mənbəyi məlumat yayıb.
Martın 7-də Tsyuançjou şəhərində “Sintszya” adlı yeddimərtəbəli otel binası çöküb. Dağıntılar altında, rəsmi məlumatlara görə, 71 nəfər qalıbmış.
Bildirilir ki, səhər saatlarında xilasedicilər yıxılan binanın dağıntısından 59 nəfəri aşkar edərək çıxarmağı bacarıblar, onlardan 16-sında artıq həyat əlamətləri olmayıb. Daha iki nəfər sonradan xəstəxanada ölüb.

Tehsil-press.az



Oxşar xəbərlər