Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır

Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır Əlcəzair Afrika sahillərində missiyalarını yerinə yetirən Fransa hərbi təyyarələri üçün hava məkanını bağlayıb.
Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Buna səbəb Fransa prezidenti Emmanuel Makronun keçmiş koloniya ilə bağlı açıqlamalarından sonra iki ölkə arasındakı münasibətlərin kəskin pisləşməsi olub. Fransanın "Le Monde" qəzetinin yazdığına əsasən, prezident Əlcəzairin rəsmi tarixinin tamamilə yenidən yazılmalı olduğunu deyib: "Əlcəzairin tarixi həqiqətlər üzərində deyil, daha çox Fransaya nifrət üzərində qurulub".
Diplomatik qalmaqal Fransanın əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verir.
Əlcəzair prezidenti Əbdülməcid Təbbun bildirib ki, səfirin geri çağırılması Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib.

Tehsil-press.az

Oxşar xəbərlər