“Fransa öz qaranlıq tarixinə nəzər salsın” - Makrona sərt cavab

“Fransa öz qaranlıq tarixinə nəzər salsın” - Makrona sərt cavab Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan etməsini sərt şəkildə qınayıb.
O, bu qərarın Avropa İnsan Haqları Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozduğunu bildirib:
“Makron seçki kampaniyasında ermənilərə verdiyi vədləri yerinə yetirməyə cəhd göstərir. Əvvəl öz qaranlıq tarixinə nəzər salsın. Ruanda soyqırımının üzərindən 25 il keçib”.
Çavuşoğlu Makronun qərarının Türkiyə üçün heç bir etibarlılığının olmadığını vurğulayıb və lazımi adekvat addımların atılacağını deyib.

Tehsil-press.az

Oxşar xəbərlər