Bayraktar PUA-larını 15 il əvvəl ilk dəfə belə sınaqdan keçirib

Bayraktar PUA-larını 15 il əvvəl ilk dəfə belə sınaqdan keçirib Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar kiçik pilotsuz uçuş aparatlarının ilk sınaq uçuşlarından birini 15 il əvvəl Şırnakda həyata keçirib.
“Milliyet” Şırnakın Akçay kəndində baş tutan ilk sınaq uçuşlarının görüntülərini yayıb.
Bildirilir ki, 2006-cı ildə sınaq uçuşu həyata keçirilən sözügedən PUA-lar yerli və milli imkanlar hesabına inkişaf etdirilib. Türkiyənin qabaqcıl texnologiyalardan istifadə edərək istehsal etdiyi PUA və silahlı PUA-lar terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyində effektiv şəkildə istifadə olunurlar.
Bununla yanaşı, Şırnak sakinləri 15 il əvvəl sınaq uçuşlarına qatılan Selçuk Bayraktarı yenidən öz kəndlərində qonaq etmək istəyirlər.
Qonşu Kayaboyu kəndinin bələdiyyə sədri Hakan Vural bölgədə təmin olunan rahatlıqdan məmnuniyyət duyduğunu dilə gətirib: “Əvvəllər bu dağlara çıxa bilmirdik. PUA və silahlı PUA-lar bizi gözətçi kimi qoruyur. Çobanlarımız sürülərini rahatlıqla otarır. Selçuk Bayraktara çox təşəkkür edirik”.

Tehsil-press.az

Oxşar xəbərlər