Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanları davam edir

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanları davam edir “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanları davam edir.
20 sualdan ibarət sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar isə ümumi nəticəyə təsir göstərmir. İmtahanın sonunda müəllimlər öz nəticələri ilə tanış ola bilirlər. Hər müəllimə sınaq imtahanında bir dəfə iştirak etmək hüququ verilir.
Sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.
Xatırladaq ki, avqustun 12-də start verilmiş sınaq imtahanlarının keçid linkləri avqustun 22-dək “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər