UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə birgə fəaliyyət planı imzalanıb.
İmzalanma mərasimində Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə birgə fəaliyyət planının təqdimatı olub.
Qeyd olunub ki, müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biridir. Proqramdan təxminən 20 min uşaq daxil olmaqla 100 min insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və ailələrin maarifləndirilməsinə töhfə verəcək. Proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi, ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması nəzərdə tutulur.
Tehsil-press.az