Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədin imzalanmasının məqsədi hər iki təhsil ocağı arasında elmi, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi olub.
İmzalanma mərasimində şagirdlərin musiqi, bədii-estetik və incəsənət sahələrində biliklərinin genişləndirilməsi məqsədilə müştərək mədəni tədbirlərin təşkili, Azərbaycan musiqi tarixinin və mədəni irsin öyrənilməsi üçün şəraitinin yaradılması və bir sıra tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə BMA-nın gənclər kamera orkestri maraqlı konsert proqramı ilə çıxış edib.

BMA-nın Mətbuat Xidməti