Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı

Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ xidməti zəng mərkəzi sistemindən 18 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən daxil olmuş 20 çağırış əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd bombacıq, 32 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina, 49 ədəd tank əleyhinə minanın partladıcısı, 284 ədəd müxtəlif çaplı patronlar, 400 qram partlayıcı (TNT) və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər