Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 23 nəfər saxlanılıb, onlardan 34 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.
Baş İdarə və İdarənin Regional Şöbələri tərəfindən keçirilən 6 əməliyyat çərçivəsində müxtəlif növ narkotik vasitələr aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, əməliyyatlar zamanı saxlanılan şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslərin hər biri izlərini itirmək məqsədi ilə əsasən taksi və kuryerlik fəaliyyətləri göstərdiklərinə dair yalnış görüntü yaradaraq paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 34 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Tehsil-press.az