Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səkinə Əliyeva olduğu məlum olub. Baxış zamanı ondan heroin götürülüb.
Əməliyyat yolu ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini ona satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədzadə də saxlanılıb. Ondan 0,288 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 170 qram heroin aşkar edilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Cəfərov Bakı Dəmir Yolu Vağzalında saxlanılıb. Baxış zamanı ondan 400 qram marixuana aşkar edilib.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Tehsil-press.az