Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 83,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər