Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan Forumda ölkəmizdə dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan uşaqlarının ümumrespublika forumlarının 2009-ci ildən keçirildiyini xatırladaraq belə tədbirlərin uşaq hüquqlarının qorunması, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında, həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Komitə sədri Foruma hazırlıq mərhələləri barədə məlumat verərək deyib ki, uşaqlar üçün maarifləndirici tədbirlər, dövlət qurumlarının rəhbərləri və digər tanınmış şəxslərlə görüşlər, eyni zamanda, yay məktəbi təşkil edilib. Bundan əvvəl keçirilən ümumrespublika uşaq forumlarında əldə edilən təcrübənin gələcək işlər üçün mühüm bazadır.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyi Beynəlxalq Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva qeyd edib ki, bu Forum uşaq hüquqlarının, keyfiyyətli və inklüziv təhsilə, sosial və səhiyyə xidmətlərinə diqqəti yönəltmək baxımından olduqca vacibdir.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan tədbir iştirakçılarını Uşaqların V Ümumrespublika Forumu və 20 Noyabr - Ümumdünya Uşaq Günü münasibətilə təbrik edib. Min Yuan bildirib ki, uşaqlara, onların gələcəyinə yatırılan sərmayə, eyni zamanda, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
Çıxışlardan sonra dövlət və hökumət rəsmiləri Forum iştirakçılarının uşaq hüquqları, təhsildə yeni standartlar, uşaqların internet təhlükəsizliyi, sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyət tandeminin rolu barədə suallarını cavablandırıblar.
Tədbir çərçivəsində iştirakçı uşaqların Türkiyə Respublikasından olan həmyaşıdları ilə videoformatda görüşü də keçirilib. Görüşdə iki qardaş xalq arasında birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Forumda Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib. Yeni seçilən Şura Azərbaycan uşaqları adından silahlı münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanan müraciətin mətnini elan edib.
Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid formatda təşkil olunan tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin yay məktəblərinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 350-yə yaxın uşaq iştirak edib.
Tehsil-press.az