Bakı Dövlət Universitetində (BDU) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
BDU-nun rektoru Elçin Babayev tədbirdə çıxış edərək, ölkəmizdə uşaqların dövlət səviyyəsində yüksək qayğı ilə əhatə olunduğunu, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün bütün zəruri şəraitin yaradıldığını, uşaqların şəxsiyyət kimi formalaşmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, uşaqların sosial həyatında tolerantlıq, onların sülh və qarşılıqlı anlaşma ruhunda tərbiyəsi, sağlam həyat tərzinin yaradılması, hüquqlarının müdafiəsi, humanizm və demokratik təhsil kimi məsələlər ön plana çəkilib.
Elçin Babayev bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də uşaqlara qayğı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər il internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün təşkil edilən bayram şənliklərində iştirak edir. Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bu gün Azərbaycanda uşaqların mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verib. Ölkəmizdə uşaqların layiqli vətəndaş kimi yetişmələrinin, uşaqlarla bağlı sosial problemlərin həllinin, uşaq hüquqlarının etibarlı təminatının dövlətin diqqət mərkəzində olduğunu bildirib.
Sonra BDU-nun Psixologiya kafedrasının müəllimi Kamilə Kazımova, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Aytac Qibləliyeva mövzu ilə bağlı çıxış ediblər.
Tədbir bədii hissə ilə davam edib. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında şeirlər səsləndirilib.
Tehsil-press.az