Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib Təhsil Nazirliyi yanında İctimai Şuranın seçkilərdən sonra ilk iclası keçirilib.
İclasda Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova şuranın sədri, “Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov sədr müavini, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə isə şuranın katibi seçilib.
Qeyd edək ki, noyabrın 23-də Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilmiş birinci seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib, digər 4 üzvün müəyyənləşdirilməsi üçün isə noyabrın 26-da təkrar seçkilər təşkil olunub.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin namizədi İlqar Orucov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin namizədi Mirzə Cəfərzadə, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin namizədi Günel Səfərova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin namizədi Etibar Əliyev, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin namizədi Məleykə Əlizadə, “Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının namizədi Fuad Məmmədov və “YUVA” Humanitar Mərkəzinin namizədi Pərvanə Məmmədova Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.
Qeyd edək ki, Şuranın təşkilində əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər