İdris İsayev: Lisey və gimnaziyalarda işləyən müəllimlərin aylıq əməkhaqqı 950-1000 manat olacaq

İdris İsayev: Lisey və gimnaziyalarda işləyən müəllimlərin aylıq əməkhaqqı 950-1000 manat olacaq 2022-ci il də lisey və gimnaziyalarda işləyən müəllimlərin aylıq əməkhaqqı təxminən 950-1000 manat olacaq.
Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, Azərbaycan dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim işləyir. Bu müəllimlərin 82 faizi ali təhsilli müəllimlərdir.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər